Bu ilin yanvar-aprel aylarında Azərbaycana 64,1 mln. ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.
Eləcə də bax: Azərbaycan Türkiyədən hazır geyim - İDXALINI ARTIRIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% azdır.
Qeyd edək ki, hesabat dövründə sözügedən malların ümumi idxalında payı 1,9% təşkil edib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.
Apa