Azərbaycanda şpris idxalına gömrük rüsumu tətbiq olunacaq.
Eləcə də bax: Azərbaycanda birdəfəlik şprislərlə bağlı - YENİ STANDART TƏSDİQLƏNİB
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 17 aprel tarixli müvafiq qərarı 30 gündən sonra qüvvəyə minəcək və 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.
Qərara əsasən, plastmasdan insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan şprislər idxal gömrük rüsumundan azad edilib.
Həcmi 2 millilitr və ya daha az olan plastmasdan şprislərin hər bir ədədi üçün $0,02, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün $0,025, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün $0,03,həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün $0,04, digər şprislərin hər bir ədədi üçün $0,04 idxal gömrük rüsumu müəyyən edilib.
Daha əvvəl Azərbaycana gətirilən bütün növ şprislər üzrə idxal gömrük rüsumu tutulmurdu.
2019-cu ilin may ayında Pirallahı Sənaye Parkında "Diamed Co" şirkətinin şpris istehsalı zavodunun açılışı olub. Zavodda illik 150 milyon ədəd şpris istehsal olunacaq. Zavodun tikintisinə 9,5 milyon manat (təxminən $5,6 milyon) investisiya qoyulub.
İnterfaks