Azərbaycana idxal edilən və ölkədən ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.
Eləcə də bax: Yeni dövlət rüsumları - MÜƏYYƏNLƏŞİR
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin avqust ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 100,9 faiz, keçən ilin müvafiq ayı ilə müqayisədə 120,7 faiz olub, həmçinin cari ilin yanvar-avqust aylarında ötən ilin yanvar-avqust aylarına nisbətən 121,7 faiz təşkil edib.
Bu ilin avqust ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 97,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 130,3 faiz təşkil edib. Cari ilin yanvar-avqust aylarında 2020-ci ilin yanvar-avqust aylarına nisbətən isə 141,9 faiz olub.