Azərbaycana bitki yağlarının (günəbaxan, qarğıdalı, zeytun yağları və s.) idxalı artıb.
Eləcə də bax: Azərbaycan kərə yağı idxalını - 10%-dən Çox Artırıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin 11 ayında Azərbaycana 144 milyon 355 min dollar dəyərində 150 min 744 ton bitki yağları idxal edilib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 122 milyon 280 min dollar dəyərində 145 min 238 ton bitki yağları idxal edilmişdi.
Bitki yağlarının idxalı dəyər ifadəsilə 18%, miqdar ifadəsilə 3,8% artıb.
Rəqəmlərdən görünür ki, idxalın statistik dəyəri miqdarından daha çox artıb. Bu, dünya bazarlarında bitki yağlarının bahalaşması ilə əlaqədardır. Bu il FAO Bitki mənşəli Yağ Qiyməti İndeksi 14.5% artıb.