“Azərbaycana qarşı sanksiyaların tətbiqi əks nəticə verə bilər”.
Azərbaycan XİN Makrona - CAVAB VERDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“İndi sanksiyaların vaxtı deyil. Onlar qeyri-məhsuldar olacaq. Biz Azərbaycanla dialoqu davam etdirməliyik”, -Makron vurğulayıb.
Qeyd edək ki, bu gün İspaniyanın Qranada şəhərində Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə qeyri-formal görüş keçirilib.