Azərbaycan sularında zəngin balıq müxtəlifliyi ölkənin bir çox ərazisində balıqçılıq sənayesinin əsasını təşkil edir. Bununla belə Azərbaycan xaricdən müxtəlif ölkələrdən kürü idxal edir.
Qoşqar Təhməzli: "Azərbaycanın kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı imkanı yaranıb"
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında xaricdən Azərbaycana ümumi dəyəri 1 milyon 587 min dollar olan 5,45 ton həcmində nərə balığı kürüsü gətirilib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən kürünün həhəcmi və ona sərf edilən məbləği artıb. Belə ki, 2022-ci ildə xaricdən Azərbaycana ümumi dəyəri 1 milyon 208 min dollar olan 3,9 ton həcmində kürü gətirilmişdi.
2023-cü ildə ölkəyə idxal olunan kürünün 1 tonunun idxal qiyməti 291,2 min dollar və ya 495 min manat, yəni 1 kiloqram kürünün qiyməti isə 495 manat təşkil edib.
2022-ci ildə isə ölkəyə idxal edilən kürünün 1 tonunun qiyməti 309,7 min dollar, yəni 526 min manat, yəni 1 kiloqram kürünün qiyməti 526 manat təşkil edib.
Amma Azərbaycan xaricdən təkcə kürü deyil, onun əvəzedicilərini də alır. 2023-cü il ərzində xaricdən ümumi dəyəri 473 830 dollar olan 35,7 ton balıq kürüsü əvəzedicisi idxal edilib. İdxal olunan kürü əvəzedicisinin 1 tonunun qiyməti 13,3 min dollar, yəni 22 560 manat təşkil edir. Başqa sözlə xaricdən gətirilən kürü əvəzedicisinin 1 kiloqramının idxal qiyməti 22,6 maat təşkil edir.
Maraqlıdır ki, son bir ildə ölkəyə idxal edilən kürü əvəzedicisinin qiyməti azalıb. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında xaricdən Azərbaycana mümumi dəyəri 480 min dollar olan 28,13 ton kürü əvəzedicisi gətirilmiş, 1 kiloqram kürünün idxal qiyməti 29 manat təşkil etmişdi.
Daha detallı cədvəldə:
| Malın Adı | İdxal 2023-cü il | İdxal 2022-ci il | ||
| Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | |
| Nərə balıqlarının kürüsü | 5.45 | 1 586 910 | 3.9 | 1208.3 | 
| Balıq kürüsünün əvəzediciləri | 35.7 | 473 830 | 28.23 | 479.68 | 
Bəs bu kürü və kürü əvəzediciləri hansı ölkələrdən idxal olunur?
FED.az xəbər verir ki, Azərbaycan nərə balığı kürüsünü əsasən Çindən alır, ölkəyə gətirilən bütün nərə balığı kürüsünün 96%-i bu ölkənin payına düşür. 2022-ci ildə Çindən idxal olunan nərə balıqlarının kürüsünün həcmi 3,87 ton təşkil edirdisə, 2023-cü ildə bu göstərici 1,37 ton artaraq 5,24 tona çatıb.
Kürü əvəzedicilərinin idxalında isə əsas yeri Belarus və Rusiya tutur.
Balıq kürüsünün əvəzedicilərinin idxal olunduğu ölkələrə gəlincə , ən çox kürü əvəzediciləri Belarusdan idxal edilib. 2022-ci ildə Belarusdan 19,84 ton balıq kürüsü əvəzedici idxal edilib.
Ölkələr üzrə ixracın dəyəri haqqında daha detallı məlumat aşağıda təqdim etdiyimiz cədvəldə:
| Malın adı | İdxal 2023-cü il ölkələr üzrə | 1 tonun qiyməti (AZN) | 1 kg-ın qiyməti (AZN) | ||
| Ölkə | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | |||
| Nərə balıqlarının kürüsü | ABŞ | 0.2 | 10.17 | 86 445 | 86.44 | 
| Çin | 5.24 | 1 574.3 | 510 746.2 | 510.74 | |
| Digər ölkələr | 0.01 | 2.44 | 414 800 | 414.8 | |
| 
 | |||||
| Balıq kürüsünün əvəzediciləri | Belarus | 18.07 | 120.84 | 11 368.46 | 11.36 | 
| Rusiya | 11.72 | 287.77 | 41 741.38 | 41.74 | |




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








