2020-ci il ərzində Azərbaycana xaricdən 19,887 mln. ABŞ dolları dəyərində (33,809 mln. manat) 12 812,89 müxtəlif növ qurudulmuş meyvələr idxal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə miqdar ifadəsində 7,2%, dəyər ifadəsində isə 3,6% artıb.
Qurudulmuş meyvələr arasında ən çox ölkəyə idxal olunan xurma olub. Belə ki, ötən il Azərbaycana 6,006 mln. dollarlıq (10,210 mln. manat) 5 454,37 ton xurma gətirilib ki, bu da 2019-cu illə müqayisədə həcm ifadəsində 3,2%, dəyər ifadəsində isə 24,9% azdır.
Ötən il Azərbaycan ən çox meyvə qurusunu İrandan idxal edib. Belə ki, hesabat dövründə İrandan Azərbaycana 9,784 mln. dollar (16,633 mln. manat) dəyərində 7 994,6 ton meyvə qurusu tədarük edilib ki, bu da illik müqayisədə həcm ifadəsində 31%, dəyər ifadəsində isə 33,6% çoxdur.
Gətirilən məhsullar arasında həmçinin, üzüm, ərik, gavalı, alma quruları və qoz çoxluq təşkil edib.
Qeyd edək ki, təkcə bu ilin yanvar ayında Azərbaycan 2,326 mln. dollarlıq (3,954 mln. manat) 1 303,66 ton sözügedən məhsullardan gətirib. Bu da 2020-ci ilin yanvar ilə müqayisədə müvafiq olaraq 55,4% və 42,5% çoxdur.(apa)