Bu ilin yanvar-mart aylarında Azərbaycana 21 910,36 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Eləcə də bax: "Biz heç vaxt material qiymətlərinin artımı baxımından belə bir şey görməmişik"
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 14,3% artıb.
Bu ilin fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 1 035,53 min dollar və ya 15,7% artıb. Mart ayında ölkəyə 7 632,02 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, bu ilin ilk üç ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,75% bərabər olub. (Apa)