Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 52 538,32 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Eləcə də bax: Gürcüstanın avtomobil ixracının yarıdan çoxu - Azərbaycanın Payına Düşüb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin yeddi ayında Azərbaycanın idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% artıb.
Bu ilin iyun ayı ilə müqayisədə isə iyulda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 4,8% azalıb. İyul ayında ölkəyə 9 195,05 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, cari ilin yeddi ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,83%-ə bərabər olub. (Apa)