2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana kondisioner idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6% - 130,44 min ədədə qədər azalıb.
İsveçrə I yarımillikdə Azərbaycana saat ixracını - 19,4% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $37 milyon 159,7 min məbləğində (azalma 18%) qiymətləndirilir.
Yanvar-iyun aylarında Azərbaycana $90 milyon 596,9 min dəyərində (artım 50%) 286,769 min ədəd (artım 9,9%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 36% - 104,163 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $25 milyon 166,1 min (artım 38,8%) təşkil edir. (İnterfaks-Azərbaycan)