2023-cü ilin yanvar-mart aylarında Azərbaycana kondisioner idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,6% - 24 min ədədə qədər azalıb.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $8 milyon 194,3 min məbləğində (azalma 18,1%) qiymətləndirilir.
Yanvar-mart aylarında Azərbaycana $56 milyon 929,4 min dəyərində (artım 2,3 dəfə) 131,302 min ədəd (azalma 11,9%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 18,3% - 50,423 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $11 milyon 314,3 min (artım 12,7%) təşkil edir.(İnterfaks-Azərbaycan)