Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 317,76 min ABŞ dolları dəyərində 88,84 ton təbii bal idxal edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 20,7%, həcm ifadəsində isə 6,8% azdır.
FED.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ölkəyə bal idxalında ən böyük paya İran sahib olub. Belə ki, hesabat dövründə İrandan Azərbaycana 106,57 min dollar dəyərində 53,26 ton təbii bal tədarük edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,4 dəfə, həcm ifadəsində isə 5,6 dəfə artıb.
İdxalda ikinci yerdə Türkiyə qərarlaşıb. Bu ölkədən Azərbaycana 126,5 min dollar dəyərində 21,95 ton sözügedən məhsuldan göndərilib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 21,5% və 32,3% azalıb.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan, öz növbəsində, cəmi 3 780 dollar dəyərində 140 kq bal ixrac edib ki, bu illik müqayisədə müvafiq olaraq 7,3 dəfə və 7,4 dəfə azdır.
"APA-Economics" bu ilin doqquz ayında Azərbaycana təbii bal idxal edən TOP-5 ölkənin siyahısını hazırlayıb:
# |
Ölkə |
Həcm, ton |
Həcmin dinamikası, % |
Məbləğ, $ |
Məbləğin dinamikası, % |
1 |
İran |
53,26 |
4,4 dəfə |
106 570 |
5,6 dəfə |
2 |
Türkiyə |
21,95 |
-32,3 |
126 480 |
-21,5 |
3 |
Rusiya |
7,51 |
-74,3 |
37 410 |
-72,1 |
4 |
Danimarka |
1,98 |
50 |
10 490 |
38,9 |
5 |
Almaniya |
1,8 |
50 |
15 770 |
62,7 |