2023-cü ilin yanvar-may aylarında əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz çox vəsait yönəldilib.
Azərbaycan iqtisadiyyatı - 1 %-Ə YAXIN BÖYÜYÜB
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9 faiz, qeyri- neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2 faiz artıb.
İstifadə olunmuş vəsaitin 3 milyard 432,5 milyon manatı və ya 58,6 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 97,8 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 314,5 milyon manatını və ya 73,6 faizini daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 124,3 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.