“Əgər gömrükdə şəffaflıqdan danışırıqsa, burada qida təhlükəsizliyi məsələsi kənarda qala bilməz”.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu"nda Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Eləcə də bax: Ən çox ixrac və idxal etdiyimiz mallar - SİYAHI - MƏBLƏĞLƏR
Onun sözlərinə görə, gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün karantin sistemindən keçiriləcək: “Karantin sistemi gömrük-keçid məntəqələrinin yaxınlığında yaradılacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq".
Report