2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 69 ölkəyə məhsul ixrac olunmuş, 126 ölkədən idxal olunmuşdur.
FED.az xəbər verir ki, bu məlumatı Dövlət Statistika Komitəsinin açıqlayıb.
Məlumata görə , Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2504,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1482,2 milyon dollar, idxalın dəyəri 1022,7 milyon dollar təşkil etmiş, nəticədə 459,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz, o cümlədən idxal 48,3 faiz artmış, ixrac isə 3,8 faiz azalmışdır. Real ifadədə dövriyyə 5,9 faiz, o cümlədən idxal 17,7 faiz, ixrac 0,7 faiz artmışdır.
2019-cu ilin yanvar ayında ölkədən 137,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 12,1 faiz, real ifadədə isə 4,4 faiz çoxdur.
Azərbaycana idxal 48% artıb, ixrac isə azalıb - RƏQƏMLƏR
14:08
14 Mart 2019