Xəbər verildiyi kimi, 2019-cu ildə xarici ölkələrdən Azərbaycana 1 milyon 407 min 069 ədəd mobil telefon gətirilib. Gətirilən mobil qurğuların ümumi məbləği 161 milyon 832,5 min dollar, bir telefonun orta qiyməti 115 dollar təşkil edib.
Eləcə də bax: Azərbaycana bir telefon orta hesabla - 115 DOLLARDAN GƏTİRİLİR
FED.az-ın məlumatına görə, 2018-ci illə müqayisədə Azərbaycana gətirilən mobil telefonların sayı 59% artıb, bir telefonun orta qiyməti isə 8 dollar yüksəlib.
Bununla yanaşı, FED.az-ın araşdırması göstərir ki, bir neçə il əvvələ qədər, ölkəyə gətirilən mobil telefonların böyük hissəsi əslində dövriyyədən gizlədilirmiş.
Ölkəyə gətirilən mobil telefon qurğularının real sayı və qiymətləri isə yalnız gömrük sistemində baş verən islahatlar və şəffaflaşma prosesindən sonra, daha dəqiqi 2016-cı ildən üzə çıxmağa başlayıb.
Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatlarına görə, 2014-cü ildə Azərbaycana cəmi 88,6 min ədəd mobil telefon gətirilib. Gətirilən telefonların ümumi dəyəri cəmi 5,1 milyon dollar, bir telefonun orta qiyməti 58 dollar təşkil edib.
2015-ci ildə bu göstərici demək olar ki, dəyişməyib –86,7 min ədəd telefon gətirilib. Əvəzində gətirilən telefonların ümumi dəyəri və orta qiyməti təqribən ikiqat artaraq müvafiq olaraq 9,3 milyon dollar və 107 dollara yüksəlib.
Rəqəmlərdən görünür ki, gömrüyün işində şəffaflaşma 2016-cı ildə başlayıb. Həmin il ölkəyə gətirilən telefonların sayı 5 dəfədən çox artaraq 462 min ədədə, onların ümumi dəyəri isə 4,5 dəfə artaraq 41,6 milyon dollara çatıb.
2017-ci ildə ölkəyə gətirilən telefonların real sayı yenidən - kiqat artıb və 819,3 min ədədə çatıb. Onların ümumi məbləği artıq 69 milyon dollar, orta qiyməti isə 84 dollar idi.
2018-ci ildə isə ölkəyə ümumi dəyəri 884 min ədəd mobil telefon gətirilib. Onların ümumi dəyəri 95 milyon dollar yaxınlaşıb. Bir telefonun orta qiyməti 107 dollar olub.