2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 13 milyon 957.74 min dollar dəyərində 16 min 48.4 ton düyü idxal olunub.
Azərbaycanın düyü idxalında Hindistanın payı - 75%-Ə YÜKSƏLİB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-fevral ayları ilə müqayisədə həcm baxımından 46.4% və ya 5 min 86.43 ton, məbləğ baxımından isə 53.6% və ya 4 milyon 870.68 min dollar çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 9 milyon 87.06 min dollar dəyərində 10 min 961.97 ton düyü gətirilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonun orta idxal qiyməti 5% artaraq 869.7 dollara bərabər olub. Bu göstərici ötən ilin yanvar-fevral aylarında 829 dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.53%-nə bərabər olub. (Apa)