Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 359,68 min ABŞ dolları dəyərində 536,31 ton çay ixrac edib.
Eləcə də bax: Azərbaycana yeyinti məhsulları idxalı - Daha Çox Valyuta "Yeyir"
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu bir il öncəki göstəricidən müvafiq olaraq 13,2% və 37,7% çoxdur.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,03%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,35%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 25 607,32 min dollar dəyərində 5 166,16 ton çay idxal olunub. 2021-ci ilin yanvar-aprel ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 51,2%, həcmi isə 16,4% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,63% təşkil edib.
2022-ci ilin ilk dörd ayında (2021-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 7,6 dəfə, həcm ifadəsində isə 9,6 dəfə üstələyib. (Apa)