2021-ci ilin 8 ayı ərzində (yanvar-avqust) xaricdən Azərbaycana statistik dəyəri 122 milyon 245 min dollar olan 480 min 960 ton buğda idxal edilib.
Eləcə də bax: Buğda təchizatçılarına - Subsidiya Veriləcək
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2020-ci ilin 8 ayı ilə müqayisədə buğda idxalı statistikdəyər (məbləğ) ifadəsilə 16,9%, fiziki miqdar ifadəsilə 30,2% azalıb.
Ötən ilin eyni dövründə Azərbaycana 147 miylon 185 min dollar dəyərində 688 min 735 buğda idxal edilmişdi.
Bir ton buğdanın idxal statistik dəyəri 214 dollardan 254 dollara qalxıb (40 dollar artıb).
Ərzaq balansı məlumatlarına əsasən, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır. Azərbaycan ərzaq buğdası ilə özünütəmin etmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, başqa sözlə təlabatın təxminən 40-45 faizi idxal hesabına ödənir. Bütün cəhdlərə baxmayaraq, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edə bilmir.
2020-ci ildə Azərbaycana 296 milyon 905 min dollar dəyərində 1 milyon 365 min 100 ton buğda idxal edilmiş, 1 ton buğdanın statistik idxal dəyəri 217 dollar təşkil etmişdi. (Marja)