Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 649 880,10 min ABŞ dollarına bərabər olub.
Eləcə də bax: Azərbaycanda ərzaq 5%-dən çox bahalaşıb - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin ilk beş ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 2,6% çoxdur.
Ümumiyyətlə, yanvar-may aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15,6% təşkil edib.
Cari ilin yanvar-may ayları ərzində ölkəyə 7 861,24 min dollar dəyərində (artım 70,2%) 4 431,04 ton (artım 36,2%) süd idxal olunub.
Ölkəyə həmçinin 35 862,50 min dollar dəyərində 7 198,35 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 32,4% və 32% çoxdur. (Apa)