Bu ilin yanvar ayında Azərbaycan 267,69 min ABŞ dolları dəyərində 36,07 ton çay ixrac edib.
Eləcə də bax: Xaricdən aldığımız çay - BAHALAŞDI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq 64,8% və 65,4% azdır.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 4 005,42 min dollar dəyərində 844,22 ton çay idxal olunub. 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 59,1%, həcmi isə 18,7% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,41% təşkil edib.
2021-ci ilin yanvarında (2021-ci ilin yanvarı ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 15 dəfəyədək, həcm ifadəsində isə 23,4 dəfə üstələyib.