Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 67,379 mln. ABŞ dolları dəyərində 10 713,21 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib ki, bu da illik müqayisədə müvafiq olaraq 23,3% və 32,8% azdır.
FED.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycandan fındıq ləpəsinin əsas idxalçıları Rusiya, İtaliya və Almaniya olub. Hesabat dövründə ölkə Rusiyaya 33,734 mln. dollar dəyərində 5 675,83 ton təmizlənmiş fındıq ixrac edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 18,9%, həcm ifadəsində isə 30,4% azdır.
İtaliya Azərbaycandan bu ilin doqquz ayında 14,855 mln. dəyərində 2 122 ton fındıq ləpəsi idxal edib ki, bu da müvafiq olaraq 44,3% və 52,2% azdır.
Almaniyaya gəldikdə, Azərbaycan sözügedən ölkəyə 7,897 mln. dollarlıq 1 100,45 ton ləpə tədarük edib, bu da illik müqayisədə müvafiq olaraq 30,9% və 43,1% azdır.