2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 75.13 min ton həcmində, $54.17 mln. dəyərində xurma satıb.
Eləcə də bax: Xurma 1-ci, karbamid 2-ci, fındıq 3-cü olub - AZƏRBAYCANIN İXRACINDA SON VƏZİYYƏT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, qeyd olunan dövrdə illik müqayisədə 49.7% çox xurma ixrac olunub. Həmçinin, ixrac gəlirində 53.1% artım müşahidə olunur. Bu il təkcə oktyabr ayında ixrac olunan xurmanın miqdarı 29.8 min ton, statistik dəyəri $20.1 mln. olub.