Dövlət İnvestisiya Proqramı (DİP) üzrə layihələrin həyata keçirilməsinə 5 mlrd. 728 mln. 836,4 min manat xərclənib.
FED.az xəbər verir ki, Hesablama Palatasının məlumatına görə, bunun dövlət əsaslı vəsait qoyuluşu 2 mlrd. 689 mln. 301,6 min manat (99,9% istifadə olunub), beynəlxalq maliyyə institutları, xarici bankların kreditləri 1 mlrd. 604 mln. 857,6 min manat (94%), Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitləri 188 mln. 185,7 min manat (99,7%), Nazirlər Kabinetinin Ehtiyat Fondunun vəsaitləri 298 mln. 591,5 min manat (98,7%), Dövlət Neft Fondunun vəsaitləri 947,9 mln. manat (58,9%) təşkil edib.
Məlumatda deyilir: "2017-ci ildə Dövlət İnvestisiya Proqramı üzrə layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan 6 mlrd. 500 mln. 75,8 min manat vəsaitə qarşı 5 mlrd. 728 mln. 836,4 min manat (88,1%) vəsait istifadə olunub”.
Ötən il Dövlət İnvestisiya Proqramının vəsaitlərindən infrastruktur layihələrinin həyata keçirilməsinə 4 mlrd. 111,1 mln. manat, sosial layihələrin həyata keçirilməsinə 768 mln. manat, qalan məbləğ isə digər layihələrə yönəldilib.
Azərbaycan xarici banklardan 1 milyard kredit alıb
11:08
5 İyun 2018