"Bir pəncərə" İxraca Dəstək Mərkəzi 2018-ci ildə 150 mln. ABŞ dolları civarında ixrac həyata keçirirsə, ötən il bu rəqəm 140,4 mln. dollar təşkil edib.
Eləcə də bax: Azərbaycan Avropaya ilbiz və qurbağa ayaqları - İXRAC EDƏCƏK
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, İxraca Dəstək Mərkəzi vasitəsilə edilən ixrac əməliyyatları ölkə üzrə ümumi ixracın təxminən 10%-ni təşkil edir.
"Mərkəzə müraciət edən sahibkarlıq subyektləri arasında həm dövlət həm qeyri dövlət şirkətləri var. Bundan əlavə, 2020-ci ilin yanvar ayı ərzində 12,5 mln. dollar civarında ixrac həyata keçirilib. Bizə müraciət edən şirkətlərin tərkibində dövlət və qeyri-dövlət şirkətləri var ki, biz onların ixracı fəaliyyətləri üçün sənədləşmə həyata keçiririk. İxrac edilən məhsullar arasında polad, armatur yayması, polad boru, qiymətli külçələr, tikinti materialları, meyvə şirələri, niyam kökü, pambıq tullantısı və qənnadı məmulatlarıdır. Bundan başqa, qeyri-ənənəvi məhsullar da ixrac edilir ki, onların sırasında tibbi zəlilərin də ixracını qeyd etmək olar", - deyə N. Hacızadə qeyd edib.
O həmçinin əlavə edib ki, tibbi zəli ilə bağlı ixracın artacağı gözlənilir. Hazırda bir neçə regionlar var ki, sırf bu fəaliyyətini genişləndiriblər.
Apa