2021-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana $39.15 mln. dəyərində 116 min ton gübrə idxal olunub.
Eləcə də bax: Xurma 1-ci, karbamid 2-ci, fındıq 3-cü olub - AZƏRBAYCANIN İXRACINDA SON VƏZİYYƏT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin təqdm etdiyi statistikaya görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində təxminən 54.8%, həcm ifadəsində isə 60.7% azdır.
Qeyd edək ki, bu ilin ilk rübündə gübrə idxalının ümumi idxalda payı 0.42% təşkil edib.
Lakin cari ilin ilk 10 ayında Azərbaycandan $72.40 mln. dəyərində gübrə ixrac olunub və bu, illik müqayisədə 670.2% çoxdur.