İqtisadiyyat

Azərbaycan xaricdən kərə yağı idxalının kəskin artırıb - 1 AYDA MİN TON

Azərbaycan xaricdən kərə yağı idxalının kəskin artırıb - 1 AYDA MİN TON | FED.az
10:56 20 Fev 2020

2020-ci ilin yanvar ayından Azərbaycana xaricdən 4 milyon 966 min dollar dəyərində 1007 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Eləcə də bax: Azərbaycana idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti - UZADILIB

FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinnin məlumatına görə 2019-cu ilin Yanvar ayı ilə müqayisədə kərə yağı idxalı dəyər ifadəsində 1 milyon 82 min dollar və ya 27,8%, miqdar ifadəsində isə 289 ton və ya 40% artıb.

2019-cu ilin Yanvar ayında xaricdən Azərbaycana 3 milyon 884 min dollar dəyərində 718 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Marja

Digər xəbərlər