26-cı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində 30-dan çox ixracatçı Azərbaycan şirkətinin məhsullarınümayiş olunacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Sərgidə 30-dan çox ixracatçı Azərbaycan şirkətinin məhsulları növbəti dəfə vahid ölkə stendi ilə nümayiş olunacaq. Vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yerli şirkətlər istehsal etdiyi meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.
Azərbaycan ilk dəfə 26-cı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ekskluziv partnyorudur.
Sərgi sentyabrın 14-də başa çatacaq.