Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Rusiya sahibkarlarının işgüzar görüşü keçirilib. Tədbirdə məhsulların ixracına dair müzakirələr aparılıb, şirkətlərin təqdimatları dinlənilib.
FED.az xəbər verir ki, görüşdə 30 mart - 2 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində Azərbaycan məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacağı bildirilib, sərgi çərçivəsində potensial müştərilərlə görüşlərin keçiriləcəyi barədə məlumat verilib.
İşgüzar görüşdə bu formatda tədbirlərin tərəfdaşlığın gücləndirilməsində önəmi vurğulanıb və onlayn müzakirələrin davam etdiriləcəyi qeyd olunub.