Azərbaycan və Pakistan qarşılıqlı ticarət və investisiyaların təşviqini müzakirə edib.
“Boston Consulting Group” şirkəti ilə potensial əməkdaşlıq istiqamətləri - MÜZAKİRƏ OLUNUB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
"Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyətini müzakirə etdik. Qarşılıqlı ticarət və investisiyaların təşviqinin, energetika, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladıq", - nazir qeyd edib.