Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun aprelin 8-də İslamabadda səfəri zamanı Azərbaycan ilə Pakistan arasında əsas investisiya layihələri və iki ölkə arasında nəzərdən keçirilən memorandumlar müzakirə edilib.
FED.az xəbər verir ki, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparıb.
Hər iki ölkə təşəbbüslərin yekunlaşdırılmasını sürətləndirmək barədə razılığa gəliblər.