Azərbaycan Sahibkarlar (işəgötürənlər) Konfederasiyası (ASK) və İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatası anlaşma memorandumu imzalayıb.
Sənəd Bakıda bu gün keçirilən Azərbaycan-İran biznes forumu zamanı imzalanıb.
Biznes forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev İran - Azərbaycan iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.
Nazir deyib: “Bu ilin 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 60 faiz artıb. Bu, yaxşı göstəricidir.”
Biznes forumda müxtəlif sahələri təmsil edən 200-dən artıq sahibkar iştirak edib.