Azərbaycan və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına (ICCIA) üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.
İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının iclası çərçivəsində sənədlər imzalanıb
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
"İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq. Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda iaə deyilir ki, nazir görüşdə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb, qeyd edib ki, Azərbaycan Palataya üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsinə önəm verir.
Onun sözlərinə görə, təşkilata üzv ölkələrlə ticarət, sənaye, kənd təsərrüfatı və digər istiqamətər üzrə tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var.
Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün tətbiq edilən stimullar, ölkəmizin həyata keçirdiyi layihələr barədə məlumat verilib, yeni əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
A.S.Kamel üzv ölkələrin təşkilat çərçivəsində Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini, ölkəmizlə birgə layihələrin reallaşdırılmasına maraq göstərdiyini vurğulayıb, tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər səmərəli əməkdaşlıq və təşkilata üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları barədə müzakirə aparıblar.
976-cı ildə yaradılan ICCIA-nın mənzil-qərargahı Pakistanın Karaçi şəhərində yerləşir. Azərbaycan da daxil olmaqla, 57 ölkənin aparıcı biznesə dəstək təşkilatı Palatanın üzvüdür. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2015-ci ildə təşkilata üzv olub.