2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət dövriyyəsi 58.5 milyon dollar təşkil edib.
Elektrik enerjisi 1-ci, pomidor 2-ci və mahlıc 3-cü olub - QEYRİ-NEFT İXRACINDA SON VƏZİYYƏT
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.1% çoxdur. 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 48.3 milyon dollara bərabər olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın BƏƏ-yə ixracı illik müqayisədə 36.7% artaraq 38 milyon 180 min dollar, BƏƏ-nin Azərbaycana ixracı isə 0.8% artaraq 20 milyon 333 min dollar olub. (Apa)