Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39195,3 min ton, yük dövriyyəsi isə 8564,9 milyon ton-km olub.
ELƏCƏ DƏ BAX: Səngəçal Limanı üzrə məcburi Qaydalar təsdiqlənib – TAM MƏTN
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,7 faiz və 2,7 faiz artım müşahidə olunub.
Yüklərin 24685,4 min tonu və ya 63,0 faizi avtomobil nəqliyyatı, 9320,1 min tonu və ya 23,8 faizi dəmir yolu nəqliyyatı, 5189,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 18,1 faizini və ya 7075,0 min tonunu tranzit yüklər təşkil edib.
Azərbaycan üzərindən daşınan yüklərin – HƏCMİ ARTIR
20:08
13 Noy 2018