Azərbaycan xaricə ixrac etdiyi orta damarcığı çıxarılan tütünün həcmini kəskin artırmaqla 2022-ci ilin ilk üç rübündə 3 063.8 tona çatdırıb.
Tütün üçün aksiz dərəcəsi - AZALDILIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilir.
Bu da illik müqayisədə 1 594.8 ton, yaxud 92% çoxdur.
Ölkəmizdən xaricə ixrac edilən tütünün müqabilində $11.47 mln. Təşkil edib.
Bu il Azərbaycandan xaricə satılan tütünün hər tonun gəlirliliyi öncəki ildən $770, yaxud 26% çox olmaqla $3 744 olub.
Azərbaycan bu il də öncəki ildəki olduğu kimi tütünün ixracının 88%-ni Belarusa edib. MDB ölkəsi 2021-ci ildə 1 180 tonluq tütün ixrac etdiyi halda, cari ilin eyni dövründə 2 680 ton ($10.33 mln.) olub.
Qalan 168.79 tonu ($493.74 min) Rusiyaya, 200 tonu ($596.8 min) isə Türkiyəyə ixrac edilib.
Bununla belə, hesabat müddətində orta damarcığı çıxarılmayan isə 1 951 ton tütün ($ 3.78 mln.) ixrac edilib.