Bu ilin yanvar-aprel aylarında Azərbaycana 45 075,39 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 4 768,56 dollar və yaxud 11,83% çoxdur.
İlk dörd ayda ölkəyə idxal olunmuş tütün və tütün məmulatları ümumi idxalın 2,08%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan ixrac olunmuş tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 5 011,25 min dollar təşkil edib ki, bu da bir il əvvələ nisbətən 755,19 min dollar və yaxud 17,74% çoxdur. İlin ilk 4 ayı ərzində tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,15%-nə bərabər olub.