Qeyd edək ki, Azərbaycan şirkətləri “Sial China 2019” sərgisinə böyük maraq göstərirlər. Belə ki, Sərgidə qeyd edilən şirkətlərlə yanaşı, əlavə olaraq 7 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir. Bundan əlavə, Çinin Şanxay və Urumçi şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri vasitəsilə də Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən oan həmkarları ilə görüşlər keçirəcək, məhsulların satışına dair müzakirələr aparacaqlar.