“Petkim PetroKimya Holding A.Ş.” İzmirin vergi rekordçusu olub.
FED.az-ın məlumatına görə, bu barədə İzmir Vergi İdarəsi məlumat yayıb. Bildirilir ki, “Petkim PetroKimya Holding A.Ş.” 2017-ci ildə İzmirin vergi rekordçusu olub.
ELƏCƏ DƏ BAX: Azərbaycan qazı üçün – MÜƏSSİSƏ YARADILIR
İdarə 2017-ci ildə ən çox vergi ödəyən 100 vergiödəyicisinin adını açıqlayıb. Siyahıya 248 milyon 133 min türk lirəsi vergi ödəyən “Petkim PetroKimya Holding A.Ş.” başçılıq edib.
Qeyd edək ki, bu ilin üçüncü rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 412,7 milyon lirə təşkil edib. Cari ilin doqquz ayında isə “Petkim” neft-kimya kompleksinin xalis mənfəəti 915,4 milyon lirə olub. Şirkət əvvəlki ilin eyni rübündə 374,1 milyon lirə, ümumilikdə 2017-ci il üzrə isə 1,4 milyard lirə xalis mənfəət əldə etmişdi.
Xatırladaq ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini qarşılayır.
SOCAR 1,6-2 milyard dollara Türkiyədə yeni neft-kimya kompleksi qurmaq niyyətindədir. Gələn ilin birinci rübündə bununla bağı son investisiya qərarı qəbul olunacaq və sərmayə qoyuluşuna başlanacaq. Zavodun 2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.
Azərbaycan şirkətindən Türkiyədə - REKORD VERGİ
20:52
14 Noy 2018