Azərbaycanın "AS Group Investment" şirkətinin tərkibinə daxil olan Rusiyanın "AS Prom" MMC Sverdlovsk vilayətində yerləşən "1 May Kirov maşınqayırma zavodu" ASC-ni müflis olmaqdan xilas edəcək.
Zavodun əsas kreditoru olan "AS Prom" istehsalın yenidən təşkil olunması üçün çoxmilyardlı müqavilə imzalayıb. Bu müqavilə zavodun iflasa uğramasının qarşısını alacaq.
"AS Prom" Sverdlovsk vilayətində tikilməkdə olan sənaye iqtisadi zonasında - "Titan vadisi" xüsusi iqtisadi zonanın 8 rezidentindən biridir. Burada sahibkarlar əmlak, nəqliyyat və torpaq vergisindən azaddırlar. Mənfəət vergsi isə 4,5% azaldılaraq 15,5%-ə çatdırılacaq.
Qeyd edək ki, "AS Group Investment" Azərbaycanda istehsal və tikinti bazarında aparıcı mövqe tutan iri developer şirkətlərindən biridir.
Report©