Son günlər mətbuat yumurtanın qiymətinin qalxdığını yazıb. Bunun səbəblərindən biri ixracın artması ola bilər.
1978-ci ildə fəaliyyətə başlamış və respublikada ilk özəlləşdirilmiş quşçuluq fabriki olan “Hacıqabul Quşçuluq” MMC-də hazırda gündə 1 milyon, o cümlədən 970 min ədəd əmtəəlik və 30 min ədəd damazlıq yumurta istehsal edilir. Fabrik tərəfindən bu ilin ötən dövrü ərzində İraqa və Əfqanıstana 5,5 milyon ədəd əmtəəlik yumurta ixrac olunub.
İlin sonunadək ixrac həcminin 10 milyon ədədə çatdırılması nəzərdə tutulub. İxrac coğrafiyası genişləndirilərək Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Belarusa 4,5 milyon ədəd əmtəəlik yumurta ixracı planlaşdırılır.