Bu ilin yanvar ayında Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə üzv şirkətlərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 % artaraq 191,249 milyon ABŞ dollara yüksəlib.
Eləcə də bax: Azərbaycan Türkiyəyə qaz ixracını - 21% Artırıb
FED.az xəbər verir ki, bu barədə “Anadolu"Agentliyi Türkiyə İxracatçılar Məclisi və Şərqi Anadolu İxracatçılar Birliyinin (DAİB) hesabatına istinadən məlumat verir.
Sənədə əsasən, bu ilin ilk ayında ixracda ən yüksək artım sənaye, kənd təsərrüfatı və mədən sənayesində qeydə alınıb. Sənaye məhsullarının ixracı 22,27 % artaraq 127,927 milyon ABŞ dollara, kənd təsərüffatı məhsullarının ixracı 67,6 % artaraq 48,784 milyon ABŞ dollara, mədən sənayesi məhsullarının ixracı isə 65,66 % artaraq 13,336 milyon ABŞ dollara çatıb.
Hesabat dövründə Şərqi Anadolu vilayətindən ən çox məhsul İraqa (50,827 milyon ABŞ dollara) ixrac olunub. Onu, İran (15,877 milyon ABŞ dolları) və Azərbaycan (11,144 milyon ABŞ dolları) izləyib. (Report)