Azərbaycan Sənaye Korporasiyası hüquqşünas vəzifəsinə əməkdaş axtarır.
İşin təsviri:
• Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiəsinin təmin olunması;
• Təşkilat tərəfindən bağlanması nəzərdə tutulan müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, digər təşkilat tərəfindən təqdim edilmiş müqavilə layihələrinə müəssisənin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi, müvafiq qeydiyyatların aparılması;
• Müəssisə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili sənədlərin layihələrinin hazırlanması, düzəlişlərin edilməsi, əmrlərin, təlimatların və digər sənədlərin qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
• Təsis sənədlərinin hazırlanması, hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada, müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Təşkilat rəhbərliyinin vermiş olduğu digər tapşırıqların icrası.
Namizədə dair tələblər:
• Hüquq sahəsi üzrə ali bakalavr təhsilinin olması (magistr təhsili olanlara üstünlük verilir);
• Azərbaycan Respublikası qanunvericilik və normativ hüquqi aktlarını bilməsi;
• Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, Əmək və İnzibati hüququn əsaslarını bilməsi;
• Kargüzarlıq işinin əsaslarını bilməsi;
• Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydalarını bilməsi;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Kollektivdə işləmək bacarığı;
• İstehsalat sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
• Kompyuter bilikləri (Microsoft Office proqramları);
• Azərbaycan dili – əla, İngilis dili - əla (mütləqdir), Rus dili – əla olmalıdır;
ASK ilə əlaqə vasitələri:
e-ünvan: [email protected]
CV-nizi yalnız Azərbaycan dilində yuxarıda qeyd olunan e-ünvana göndərə bilərsiniz.
Azərbaycan Sənaye Korporasiyası işçi axtarır - VAKANSİYA
20:50
7 Sen 2018