Bu ilin yanvar-may aylarında Azərbaycan 31 670,16 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfədən çoxdur.
Eləcə də bax:Azərbaycanda çayın idxalı ixracı - 12 Dəfəyədək Üstələyib
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin ilk beş ayında ölkədən 16 255,02 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7 dəfə çoxdur.
Cari ilin yanvar-may aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,22%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,79%-ə bərabər olub. (Apa)