“Azərbaycan Rumıniyaya 125 milyon dollar investisiya yatırıb”.
Eləcə də bax: SOCAR-ın Rumıniyadakı YDM-lərinin gəlirləri - 2,4 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rumıniya şirkətləri isə bu müddət ərzində Azərbaycana 30 milyon dollar investisiya qoyub:
"Lakin cari iqtisadi əlaqələr ölkələrimiz arasında potensial imkanları tam əks etdirmir". (Apa)