Azərbaycanda ticarətin asanlaşdırılması sahəsində mövcud vəziyyət və irəliləyişlər, eyni zamanda, transsərhəd kağızsız ticarət sahəsində texniki və hüquqi hazırlığın qiymətləndirilməsinin nəticələri Banqkokda keçirilən Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okeanda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Kağızsız Ticarət Şurasının birinci sessiyasında qeyd edilib.
Eləcə də bax: Azərbaycanda onlayn ticarət 70 faizə yaxın - ARTIB
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, tədbirdə Azərbaycanın son 6 il ərzində əhəmiyyətli dərəcədə irəliləyiş əldə etdiyi və ölkənin ticarətin asanlaşdırılması üzrə ümumi göstəricisinin, UNESCAP-ın Transsərhəd Kağızsız Ticarətə dair hazırlığın qiymətləndirilməsi Hesabatının nəticələrinə əsasən 48,39%-dən 86,02%-ə qədər yüksəldiyi bildirilib.
Beləliklə, ölkə rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə MDB ölkələri (Rusiya - 84,95%, Gürcüstan - 82,8%, İran - 77,42%, Ermənistan - 62,37%) və Mərkəzi Asiya ölkələri arasında lider mövqe qazanıb. (Apa)