Banner

İqtisadiyyat

Azərbaycan qurudulmuş xurma - İXRAC EDƏCƏK

Azərbaycan qurudulmuş xurma - İXRAC EDƏCƏK | FED.az
08:24 28 Yan 2020

Quru meyvələrin istehsalı və ixracı ilə məşğul olan “Dadlı Naxçıvan məhsulları” şirkəti region ölkələrinə və Avropaya quru meyvə ixracına hazırlaşır.

Eləcə də bax: Azərbaycanlı xurma satanlar - 40 MİLYON DOLLARA YAXIN PUL QAZANIBLAR

FED.az xəbər verir ki, bunu Trend-ə şirkətin təsisçisi Emin Tarverdiyev deyib.

Onun sözlərinə görə, Rusiya bazarına və Polşaya ixrac gözlənilir:

“Xarici tərəfdaşlarla danışıqlar aparılır, tədarüklərin həcmi və müddəti müəyyənləşdirilir. Biz artıq Polşaya qurudulmuş xurma ixracı ilə bağlı müraciət almışıq. Bu ildən bu bazara ixracı işə salmağı planlaşdırırıq. Rusiya bazarında da məhsulumuza böyük tələbat var. Hazırda müəssisəmizdə quru meyvə istehsalı gündəlik təxminən 1 ton təşkil edir. Gələn ildən bu göstəricini 1,5-2 tonadək artırmağı planlaşdırırıq”.

O qeyd edib ki, ötən il şirkət 50 tona yaxın məhsul istehsal edib:

“İstehsal olunan məhsulun böyük əksəriyyəti ixrac üçün nəzərdə tutulub. Biz qurudulmuş alma və xurma ixracının həcmlərini artırmaq niyyətindəyik, çünki bu məhsullara həm daxili, həm də xarici bazarda daha böyük tələbat var”.

E.Tarverdiyev bildirib ki, şirkətin Naxçıvanda mağazalar şəbəkəsi var, bundan başqa, Bakıda və ölkənin digər şəhərlərində yeni mağazaların açılması planlaşdırılır.

Digər xəbərlər

Banner