Bu ilin yanvar-may aylarında Azərbaycan 87,4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın məlumatına görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 64,7 mln. dollar təşkil edib. Göründüyü kimi, qızılın ixracı bu il 82,8% artıb.
Təkcə may ayında isə Azərbaycan 22,8 mln. dollarlıq qızıl ixrac edib ki, bu da aprel ayının göstəricisindən 7,5% çoxdur. (Apa)