Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 25,1 % artaraq 281 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 4,5 dəfə, pambıq ipliyin ixrac dəyəri 2 dəfə, bitki-heyvan mənşəli piylər və yağların ixrac dəyəri 68,4 %, pambıq lifinin ixrac dəyəri 43,5 %, meyvə-tərəvəzin ixrac dəyəri 22,1 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 20,4 %, çayın ixrac dəyəri isə 15,1 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 4,3 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 26,6 % artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 27,4 % artaraq 88 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 26,8 % artaraq 303,7 milyon ABŞ dolları təşkil edib.














