Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixracının dəyəri 14,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,8 milyard dollar təşkil edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 40,9% artıb. 9 aylıq qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon dollarla əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ixrac 1,7 milyard dollaı təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 milyon dollar olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon dollar təşkil edib. (Report)